Reklam resmi
Reklam resmi

Doqquz yeniyetmə terror aktı HAZIRLADI - Bu ölkədə

Doqquz yeniyetmə terror aktı HAZIRLADI - Bu ölkədə
Dünya

Stavropol diyarında terror aktlarının hazırlanmasında 14-16 yaş arası səkkiz yeniyetmə iştirak edib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

Stavropolun 9 sakininə qarşı terror təşkilatı yaratmaq və bu təşkilatda iştirak etmək ittihamı ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, 2024-cü ildə messencer vasitəsilə Andropovski rayonunun azyaşlı sakini qadağan olunmuş təşkilata sədaqət andı içərək qoşulub.

Daha sonra qohumlarını və həmyaşıdlarını ona qoşulmağa razı salıb. Onlar birlikdə mayın 9-da bayram tədbirləri zamanı polis əməkdaşlarına hücum etmək planı hazırlayıblar. Hazırda 9 Stavropol sakininin hamısı həbs edilib. Bundan əvvəl FSB Stavropolda silsilə terror aktlarının qarşısının alındığını bildirmişdi.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

author picture
Ajans_az Muxbir
Mövzular:
Stavropol Terror aktı 9 yeniyetmə Polis

Digər Xəbərlər