Makron və Merz Trampa NƏZARƏT EDİR - KİV
Avropalı strateqlər – Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz, görünür, təkcə Ukrayna prezidenti Vladimir Zelenskiyə deyil, həm də Ağ Evin rəhbəri Donald Trampa nəzarət etmək üçün canfəşanlıq edirlər.
Ajans.az xəbər verir ki, bu fikri “Telegram” kanalında Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.
Merz daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından əvvəl Trampla danışmağı planlaşdırdığını bildirib. Makron və Starmer də onlara qoşulacaq.
“Nə qəribə vəziyyətdir! Avropanın paytaxtları Vaşinqtonun mövqeyi və hərəkətləri ilə bağlı öz intellektual və mentorluq qabiliyyətlərini həddən artıq qiymətləndirirlər?” - Karasin Avropa siyasətçilərinin strategiyasının maraqlı olduğunu qeyd edib.
Bundan əvvəl Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bəyan etmişdi ki, Avropa ölkələrinin liderləri ABŞ prezidenti Putinə zəng etməzdən əvvəl onunla danışmaq istəyirlər ki, Moskva ilə Vaşinqton arasında söhbət istənilən nəticəni verməsin.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.