Reklam resmi
Reklam resmi

Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Əli Əkbər Əhmədian ilə GÖRÜŞDÜ
Dünya

Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər dəhliz yollarının və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.

Mövzular:
Əhmədian Hacıyev görüş İran Azərbaycan

Digər Xəbərlər