Reklam resmi
Reklam resmi

Almaniyada beş nəfər YARALANDI

Almaniyada beş nəfər YARALANDI
Dünya

Almaniyada bıçaqlı hücum nəticəsində beş nəfər xəsarət alıb.

Almaniyanın Bilefeld şəhərində naməlum şəxs barlardan birinin qonaqlarına bıçaqla hücum edib. Polis terror aktı versiyasını istisna etmir.

Ajans.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Hadisə "Cutie" barının qarşısında baş verib. Ən azı beş nəfər zərər çəkib, onlardan üçü ağır xəsarət alıb. İki yaralının həyatı üçün həkimlər mübarizə aparır.

Məlumata görə, cinayətkar hədəfsiz şəkildə hücum edib və bıçaqdan əlavə, əsadan da istifadə edib.

Şübhəli hadisə yerindən qaçmağı bacarıb, lakin öz çantasını ərazidə qoyub. Çantada silah, yanacaq qarışığı olan şüşə və Suriya vətəndaşı adına verilmiş Almaniyada yaşama icazəsi aşkarlanıb.

Cinayətkarın axtarışı davam edir.

Mövzular:
Almaniya bıçaq hücum yaralı

Digər Xəbərlər