Reklam resmi
Reklam resmi

Məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: Bu ölkədə

Məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: Bu ölkədə
Dünya

Çuvaşiyanın Şumerlinskaya gimnaziyasının şagird və müəllimləri kəskin bağırsaq infeksiyası əlamətləri ilə kütləvi şəkildə həkimə müraciət edirlər.

Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatında məlumat yayılıb. 

Çuvaş Səhiyyə Nazirliyinin nümayəndəsi “Telegram” kanalında bildirib ki, zəhərlənənlərin sayı artıq 41-ə çatıb.

“Səhər saat 09:00-da Şumerlya şəhərindəki 8 saylı Gimnaziyada baş vermiş insidentlə bağlı ən son məlumat: Kəskin bağırsaq infeksiyası əlamətləri ilə 41 nəfər həkimə müraciət edib”, - məlumatda deyilir.

Hazırda 33 nəfərin ambulator müalicəsi davam etdirilir. Daha 8 uşaq Respublika Uşaq Klinik Xəstəxanasında həkimlərin nəzarətindədir. Regional Təhsil Nazirliyindən verilən məlumata görə, gimnaziyada təhsil distant təhsil formatına keçirilib.

Hazırda təhsil müəssisəsində yeməkxana və binalar dezinfeksiya edilir. Sanitar Qaydaların pozulması ilə bağlı cinayət işi açılıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Çuvaşiya Məktəb Kütləvi Zəhərlənmə

Digər Xəbərlər