İrəvan sülh sazişi İMZALAMAĞA HAZIRDIR - MİRZOYAN
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında bildirib ki, İrəvan dərhal Bakı ilə sülh sazişini imzalamağa və ratifikasiya etməyə hazırdır.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, ölkələr arasında saziş layihəsi artıq razılaşdırılıb və yekunlaşdırılıb.
“Bugünkü nazirlərin qərarlarının müddəalarından biri bu mühüm mərhələni bir daha təsdiq edir və sazişin mümkün qədər tez imzalanmasını və ratifikasiya olunmasını tələb edir. Mən Ermənistanın dərhal bu yolla getməyə hazır olduğunu təsdiqləyirəm”, - Mirzoyan qeyd edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: