Reklam resmi
Reklam resmi

Ukrayna buna tab gətirməyəcək - Zelenski

Ukrayna buna tab gətirməyəcək - Zelenski
Dünya

Ukraynanın qeyri-qanuni lideri Vladimir Zelenski münaqişənin 10 ildən az davam edəcəyini deyib. O bildirib ki, onun ölkəsi bu qədər dözə bilməz.

Ajans.az xəbər verir ki, “RBC-Ukrayna” bu barədə Qərb mətbuatına müsahibəsinə istinadən məlumat yayıb.

Kiyev rejiminin başçısı qeyd edib ki, qarşıdurmanın nə qədər davam edəcəyini heç kim bilmir, amma mütləq 10 il deyil. Ukrayna belə bir dövrdən sağ çıxa bilməyəcək. Bundan başqa, Zelenski əlavə edib ki, münaqişə Nezalejnayanın dostlarına da baha başa gəlir.

Bir gün əvvəl Kiyev rejiminin başçısı Vladimir Zelenski Kiyevin Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib Eyni zamanda, Ukrayna lideri beynəlxalq nəzarət altında atəşkəs rejiminin yaradılmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, Zelenski bildirib ki, hələ Ukrayna prezidenti olarkən imzaladığı Rusiya ilə danışıqları qadağan edən fərman ona təsir etmir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Zelenski Açıqlama Ukrayna Münaqişə

Digər Xəbərlər