Yunanıstan sahilində güclü zəlzələ baş verdi
Yunanıstan sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Karpatos adasından 66 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 14 km dərinlikdə olub.
Mövzular: