"Ev" şiri öz sahibini YEDİ
İraqda polis Nəcəf əyalətində sahibini doğrayıb yeyən ev heyvanı aslanı məhv etməli olub.
Ajans.az xəbər verir ki, bu barədə Rudaw agentliyi məlumat yayıb.
Hücum cümə axşamı, mayın 8-də Əl-Kufə şəhərində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yırtıcı 50 yaşlı kişiyə evin bağçasında hücum edib. "Aslan bədəninin çox hissəsini yedi. Yırtıcı qalıqlardan uzaqlaşmaq istəmədiyi üçün biz atəş açmağa məcbur olduq", - şəhər polisinin nümayəndəsi bildirib.
O, həmçinin bildirib ki, həmin şəxs uzun illər mülkündə şir və digər vəhşi pişiklər saxlayıb. Rudaw qeyd etdiyi kimi, İraq uzun müddətdir ki, ekzotik heyvanların qeyri-qanuni ticarəti ilə mübarizə aparır, lakin onlara yüksək tələbat var və qanunlar nadir hallarda tətbiq olunur.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: