Reklam resmi
Reklam resmi

Bu ölkədə ard-arda iki zəlzələ OLDU

Bu ölkədə ard-arda iki zəlzələ OLDU
Dünya

İtaliyanın Neapol şəhərində iki zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu Avropa ölkəsində yeraltı təkanlar barədə məlumat yayıb.

İlk zəlzələ çərşənbə axşamı, mayın 13-də yerli vaxtla saat 12:07-də qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,4-ə çatıb. Bir az sonra 3,5 bal gücündə daha bir zəlzələ baş verib.

Bu hadisələrin episentri Neapolun qərbində, onun ətraf ərazilərində, mənbəyi isə 3 kilometr dərinlikdə yerləşib. Yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri yeraltı təkanlar hiss etdiklərini bildiriblər. Ehtiyat tədbiri olaraq, regional hakimiyyət böyük Neapol II Federico Universitetini və bir neçə məktəbi təxliyə edib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İtaliya Neapol Zəlzələ

Digər Xəbərlər