NATO-nun baş katibi Ərdoğanla Türkiyədə görüşəcək
NATO-nun baş katibi Mark Rutte mayın 13-də Türkiyəyə səfər edəcək və burada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ajans.az “Reuters”a istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte mayın 14-15-də Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü öncəsi mayın 13-də Ankaraya səfər edəcək”, - deyə məlumatda bildirilir.
NATO isə Ruttenin mətbuat konfransı verməyəcəyini qeyd edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: