Reklam resmi
Reklam resmi

Məktəb binası vuruldu - ölənlər var

Məktəb binası vuruldu - ölənlər var
Dünya
1348

İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər həlak olub.

Qəzzada ölənlərin sayı 53 minə çatır

İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının şimalında yerləşən Cəbəliya şəhərindəki qızlar məktəbinə silsilə zərbələr endirib. Bombalama nəticəsində içərisində uşaqlar da daxil olmaqla ən azı 15 sakin həlak olub.

Kanal həmçinin bildirib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ən azı 40 fələstinli ölüb, 80-dən çox insan yaralanıb.

Bundan sonra 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin başlamasından bu yana bölgədə ölənlərin ümumi sayı 52 829 nəfərə yüksəlib, hərbi əməliyyatlar zamanı daha 119 554 fələstinli yaralanıb. 

Mövzular:
Qəzza İsrail Fələstin hava zərbə məktəb

Digər Xəbərlər