Reklam resmi
Reklam resmi

İran İslam Respublikasının Prezidenti Məsud Pezеşkian - açıqlama verdi.

İran İslam Respublikasının Prezidenti Məsud Pezеşkian - açıqlama verdi.
Dünya

Pezеşkian: "İran heç bir halda dinc nüvə enerjisinə olan hüquqlarından imtina etməyəcək

"İran dinc nüvə enerjisini inkişaf etdirmək istəyini təsdiqləmək və heç vaxt hüquqlarından imtina etməmək üçün ABŞ ilə dolayı danışıqlar aparır".

Ajans.az İran hökumətinin "Telegram" kanalına istinadən xəbər verir ki, bu açıqlamanı İran İslam Respublikasının Prezidenti Məsud Pezеşkian verib.

"Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və çalışmayacaq, lakin heç bir şəraitdə dinc nüvə enerjisinə olan hüquqlarından imtina etməyəcək", - deyə prezident bəyan edib.

Pezеşkianın sözlərinə görə, nüvə texnologiyaları ölkənin səhiyyə, kənd təsərrüfatı və sənaye sahələrində irəliləməsi üçün həlledici əhəmiyyət kəsb edir və İran təzyiqlər altında hüquqlarından əl çəkməyəcək.

Mövzular:
Pezеşkian İran açıqlama nüvə silah

Digər Xəbərlər