Trampdan Zelenskiyə məsləhət - Putinin təklifini qəbul et!
Ukrayna tərəfi Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə danışıqlar təklifinə dərhal razılaşmalıdır.
Ajans.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Türkiyədə Rusiya-Ukrayna danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını aydınlaşdıracaq”, - deyə Ağ Ev rəhbəri bildirib.
Xatırladaq ki, Putin 15 mayda İstanbulda Rusiya və Ukrayna arasında birbaşa görüş təklif edib.
Mövzular: