Həftə sonundan sonra Ukraynadakı vəziyyətin müzakirəsi prosesi başlayacaq - MERZ
Almaniya kansleri Fridrix Merz Avropa Şurasının sədri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib ki, Ukraynadakı vəziyyətin nizamlanması üçün “ciddi danışıqlar” mərhələsi qarşıdan gələn həftəsonundan sonra başlaya bilər.
Ajans.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Merz qeyd edib ki, bir gün əvvəl ABŞ prezidenti Donald Trampla söhbətindən sonra Vaşinqtondan Rusiyaya daha fəal təsir göstərəcəyini gözləyir. Siyasətçi yaxın günlərdə konstruktiv dialoqun başlanğıc nöqtəsinə çevriləcək dönüşün baş verə biləcəyinə əminliyini ifadə edib.
Bu yaxınlarda bildirilib ki, Ukrayna münaqişə zonasında 30 günlük atəşkəs əldə olunmasa, ABŞ əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: