Reklam resmi
Reklam resmi

Saleh Məmmədov idarə rəisini işdən çıxarıb oğlunu təyin etdi

Saleh Məmmədov idarə rəisini işdən çıxarıb oğlunu təyin etdi
Cəmiyyət

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə "3 nömrəli Yol İstismar" İdarəsinin rəisi Rafiq Kərimov vəzifəsindən azad olunub.

Modern.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Agentlik sədrinin digər əmrinə əsasən, həmin vəzifəyə Elməddin Rafiq oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Elməddin Kərimov işdən azad edilən Rafiq Kərimovun oğludur.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
AAYDA Rafiq Kərimov Vəzifə Oğlu

Digər Xəbərlər