Reklam resmi
Reklam resmi

Putin və Si Cinpin arasında rəsmi danışıqlar BAŞA ÇATDI

Putin və Si Cinpin arasında rəsmi danışıqlar BAŞA ÇATDI
Dünya

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında rəsmi danışıqlar başa çatıb.

Ajans.az xəbər verir ki, danışıqlar 3,5 saat davam edib.

TASS-ın məlumatına görə, danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Agentlik həmçinin bildirir ki, daha sonra Moskva və Pekin nümayəndələri əməkdaşlığa dair bir sıra sənədlər imzalayacaqlar. Sonra qeyri-rəsmi hissə gözlənilir: rəsmi səhər yeməyi və liderlər arasında çay süfrəsi arxasında söhbət. Dövlət başçıları ən həssas məsələlərlə bağlı üzbəüz danışacaqlar.

Si Cinpin Qələbə günü qeyd etmələrində iştirak etmək üçün mayın 7-də axşam Moskvaya gəlib. Çin liderinin Rusiyaya səfərinin mayın 10-dək davam edəcəyi gözlənilir.

Mayın 8-də səhər saat 10 radələrində Rusiya və Çin liderləri arasında rəsmi görüş mərasiminin başladığı məlum olub.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Putin Si Cinpin Rəsmi danışıqlar

Digər Xəbərlər