Reklam resmi
Reklam resmi

Bu ölkə Qələbə Gününü qadağan EDƏCƏK!

Bu ölkə Qələbə Gününü qadağan EDƏCƏK!
Dünya

Moldova rəhbərliyi bir nəfər də olsun veteranın sağ olmadığını əsas gətirərək gələcəkdə Qələbə Gününü qadağan etməyə cəhd edə bilər.

Ajans.az xəbər verir ki, bu fərziyyəni RİA Novosti ilə söhbətində “Pobeda”nın əlaqələndirmə komitəsinin rəhbəri Aleksey Petroviç bildirib.

“Hakimiyyət çoxdan Qələbə Günü bayramını Anım və Kədər Gününə çevirmək istəyir. Biz bütün veteranlar gedəndən sonra da bu bayramı qorumaq üçün əlimizdən gələni edəcəyik”, - deyə, Petroviç bildirib.

O qeyd edib ki, bunun qarşısını almaq üçün təhsil və mədəniyyət sahəsində dövlət siyasətinə diqqət yetirilməlidir. Onun fikrincə, gənclərin vətənpərvərlik tərbiyəsi təxminən on ili qarşıya məqsəd qoyaraq həyata keçirilməlidir, lakin hazırda belə proqramlar yoxdur.

“Ölkə uzun illərdir ki, gənclərin vətənpərvərlik tərbiyəsi proqramı olmadan yaşayır”, - komitə sədri əlavə edib.

Bundan əvvəl Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov etiraf etmişdi ki, Moldova hakimiyyəti mayın 9-unu qeyd etməyə müqavimət göstərə bilər.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Moldova Qələbə günü Qadağan

Digər Xəbərlər