Reklam resmi
Reklam resmi

Si Cinpin Moskvaya rəsmi səfərə YOLA DÜŞDÜ

Si Cinpin Moskvaya rəsmi səfərə YOLA DÜŞDÜ
Dünya

Çin Xalq Respublikasının sədri Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün Pekindən Moskvaya rəsmi səfərə yola düşüb.

Ajans.az xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.

Mayın 6-sı ərəfəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Federasiyasında Qələbə Günü qeyd etmələrinə çoxsaylı xarici iştirakçıların dəvət edildiyini açıqlayıb.

Aprelin 30-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çin prezidenti Si Cinpinin 2025-ci il mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak edəcəyini açıqlamışdı.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Çin Si Cinpin Moskva Rəsmi səfər

Digər Xəbərlər