Reklam resmi
Reklam resmi

Tanınmış müğənninin keçmiş əri İTKİN DÜŞDÜ

Tanınmış müğənninin keçmiş əri İTKİN DÜŞDÜ
Dünya

Rusiyalı müğənni Katya Lel (əsl adı - Yekaterina Çuprinina) keçmiş əri, iş adamı İqor Kuznetsovun Fransada itkin düşdüyünü bildirib.

Ajans.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.

Qeyd olunur ki, Kuznetsov bir neçə həftə əvvəl iş üçün xaricə gedib.

“Onun dostları narahat oldular və mənə zəng etdilər. İqor aprelin 13-də saat 17:00-da əlaqəni dayandırdı. Biz boşandığımız vaxtdan sonra 2 il ünsiyyət qurmamışıq”, - deyə sənətçi bildirib.

“İqor hazırda Fransada axtarılır, dalğıclar onu axtarır, fotoşəkilləri yerləşdirilib. Ailəsi və dostları ilə əlaqə saxlayırıq və narahatıq”, - müğənni paylaşım edib.

Nəşrin məlumatına görə, Kuznetsovun ətrafı onun boğulduğunu ehtimal edir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya Katya Lel Keçmiş ər İqor İtkin

Digər Xəbərlər