Reklam resmi
Reklam resmi

“Fənərbaxça” öz meydanında “Beşiktaş”a uduzub

“Fənərbaxça” öz meydanında “Beşiktaş”a uduzub
Gündəm

Türkiyə Super Liqasında XXXIV turun görüşləri davam edir.

Ajans.az xəbər verir ki, günün ilk matçında "Samsunspor" öz meydanında "Eyüpspor"la qarşılaşıb.

3 qolun vurulduğu oyunda ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

Turun digər matçı isə İstanbul derbisi ilə yadda qalıb. "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib. "Sarı-lacivərdlilər" böyük ölçüdə çempionluğu əldən verib.

Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Görüşün taleyini bir qol həll edib. "Qara qartallar" minimalhesablı qələbəyə seviniblər - 1:0.

Türkiyə Super Liqası XXXIV tur 17:00. “Samsunspor” - “Eyüpspor” - 3:0 20:00. “Fənərbaxça” - “Beşiktaş” - 0:1 20:00. “Adana Dəmirspor” - “Göztəpə” - 1:2

Digər Xəbərlər