KARMEN şirkətinə məxsus avtomobil qəza törətdi- ÖLƏN VAR
Bu gün günorta saatlarında Sumqayıt şəhərində faciəvi yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, KARMEN MMC-yə məxsus avtomobilin sürücüsü ehtiyatsızlıq edərək yolu keçmək istəyən piyadanı vurub.
İlkin məlumata görə, avtomobil piyadanın üzərindən keçib və zərərçəkən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Hadisənin dəqiq səbəbləri ekspertiza və istintaq nəticəsində müəyyən ediləcək.


©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: