Putin BƏƏ prezidenti ilə telefon danışığı ETDİ
Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) lideri Məhəmməd bin Zayed Əl Nəhyanla telefonla danışıb.
Ajans.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putinin BƏƏ-nin Moskva ilə Kiyev arasında məhbus mübadiləsinin təşkilində göstərdiyi yardımı yüksək qiymətləndirdiyi qeyd edilir. Xüsusilə, bunun sayəsində 246 rus hərbçisinin Pasxa bayramı ərəfəsində Ukrayna əsarətindən qayıda bildiyi dəqiqləşir.
BƏƏ prezidenti öz növbəsində Putini və Rusiya xalqını qarşıdan gələn Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə təbrik edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: