Ehtiyatlı OLUN: "Bolt" insanları belə ALDADIR! - FOTOLAR
“Bolt” taksi şirkətindən şikayət var.
Ajans.az-a müraciət edən “Bolt” istifadəçisi bildirib ki, o, bu şirkətin qurbanı olub. Vətəndaş yeni nömrə ilə “Bolt” hesabı açıb və ona ilk 3 gedişə 50 faiz endirim verildiyi bildirilib. Daha sonra o, 2 dəfə endirim xidmətlərindən yaranıb, lakin 3-cü dəfə endirimdən istifadə edə bilməyib.
İstifadəçi bu barədə şirkətin dəstək xidmətinə yazıb və şikayətini dilə gətirib. Dəstək xidmətinin operatoru isə şikayətçiyə hər dəfə müxtəlif açıqlamalar verib. İlk dəfə yazdıqda bildirilib ki, məsələ araşdırılır. Sonra bildirilib ki, endirim aktivdir. Daha sonra isə vətəndaş yenidən xidmətdən istifadə edə bilmədiyini bildirib. Bu dəfə isə “Sizin hesabınızda şübhəli hallar var” açıqlaması verilib. Uzun danışıqlar gedib, nəticədə vətəndaşın problemi həll yolunu tapmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.










