Reklam resmi
Reklam resmi

Orban Avropa üçün "qara gün" elan etdi

Orban Avropa üçün \"qara gün\" elan etdi
Dünya

Avropa Parlamentində yerlərin əksəriyyətinə sahib olan Avropa Xalq Partiyasının (APP) Ukraynaya dəstəyini davam etdirmək qərarı Avropa üçün qara gün olub.

Ajans.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsində məlumat verib.

"Konqres Ukraynada müharibənin davam etdirilməsinə dəstək vermək qərarına gəlib. Onlar Avropa iqtisadiyyatı əziyyət çəkdiyi bir vaxtda Ukraynaya daha çox pul göndərmək istəyirlər. Nə biabırçılıqdır!" - siyasətçi yazıb.

Bundan əvvəl Orban bildirib ki, Avropanın hərbi strategiyasının ümidsizliyini etiraf etməsinin vaxtı çatıb. Baş nazirin sözlərinə görə, Avropa siyasətçiləri Qərb ölkələrini bürümüş “müharibə psixozunu dayandırmalıdırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Orban Avropa Qara gün Elan etdi

Digər Xəbərlər