Dəhşətli ATIŞMA: Ölənlər VAR! - Bu ölkədə
İsveçin Uppsala şəhərində baş verən atışmada 3 nəfərin öldüyünü polis təsdiqləyib.
Ajans.az “BBC”yə istinadən xəbər verir ki, atışma şəhərin mərkəzində, Vaksala meydanına yaxın olan saç salonunda baş verib. Məlumata görə, skuterlə qaçan cinayətkar hələ də tapılmayıb.
Zabitlər geniş ərazini mühasirəyə alıb və qətllə bağlı araşdırma aparılır. Şahid İsveçin TV4 kanalına deyib: "Hər şey çox sürətlə baş verdi".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: