Məşhur aparıcıdan AZAL-ın bu qaydasına SƏRT TƏNQİD
Məşhur radio aparıcısı Raqif Raufoğlu "AZAL"ın yeni qaydalarından şikayətlənib.
Ajans.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında qeyd edib. Aparıcı bildirib ki, "AZAL"ın yeni qaydasına görə Naxçıvana bilet axtaran şəxs mütləq özü SİMA ilə qeydiyyat edib almalıdır:
"Sərnişin mütləq özünün bank kartı ilə bileti almalıdır. Hətta ailə üzvünə də sən bilet ala bilməzsən. Özü də bu qərar Cəlil Məmmədquluzadənin 155 illiyində verilib...
Bir çox qurumlarımızın bədbəxtliyi ondadır ki, belə məntiqsiz qərarları necəsə qüvvəyə mindirib, büdcədən də xeyli pul alırlar. Sonra kütləvi narazılıq başlayanda onu ləğv elətdirə bilmirlər. İndi bunlar da eyni səbəbdən nə edəcəklərini bilmirlər. İslahat adı ilə nəsə edəcəklər ki, axırı heç xeyir görünmür".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: