Reklam resmi
Reklam resmi

Məşhur türk məşqçinin qızı vəfat etdi

Məşhur türk məşqçinin qızı vəfat etdi
Dünya

Türk futbolunun tanınmış simalarından, Sakaryalı məşhur baş məşqçi Bülent Uygun ağır bir itki ilə üzləşib. Uygunun qızı, Almina Tude Uygun, cəmi 29 yaşında gözlənilmədən dünyasını dəyişib. 

Ajans.az bildirir ki, Almina Tude Uygun Sakaryanın Sapanca rayonunda təşkil edilən dəfn mərasimi ilə son mənzilə yola salınıb. Gənc yaşında dünyasını dəyişən Uygunun dəfn anları hüznlü görüntülərlə yadda qalıb.

Mərasimdə onun ailəsi, yaxın dostları və idman dünyasının bir çox simaları iştirak edib. Göz yaşları içində keçirilən dəfn mərasimində Bülent Uyğun ayağa qalxmaqda çətinlik çəkib.

Uyğun ailəsini kədərli günündə tək qoymayanlar arasında Sakarya Böyükşəhər Bələdiyyə Başçısı Yusuf Alemdar, Sakarya Respublika Baş Prokuroru Həsən Uğurlu, TÜRK-İŞ baş prezidenti Ergün Atalay, TFF 1-ci sədr müavini Məcnun Otyakmaz da olub. Dəfn mərasiminə idman və incəsənət ictimaiyyətindən bir çox tanınmış simalar qatılıb və Uyğun ailəsinə dəstək olublar.

Digər Xəbərlər