Reklam resmi
Reklam resmi

Generalın qətli ilə bağlı araşdırmalar BAŞLADI - TƏFƏRRÜAT

Generalın qətli ilə bağlı araşdırmalar BAŞLADI - TƏFƏRRÜAT
Dünya

Rusiya İstintaq Komitəsi Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətli ilə bağlı cinayət işi açıb.

Ajans.az xəbər verir ki, idarə cinayətdə qəlpələrlə doldurulmuş əldəqayırma partlayıcıdan istifadə edildiyini təsdiqləyib.

Bombanın gücü 300 qram TNT-ə bərabər olub. General Moskva vaxtı ilə saat 10:40-da evindən çıxaraq maşının yanından keçəndə hadisə baş verib. Partlayış o qədər güclü olub ki, Moskalik bir neçə metr geriyə atılıb.

Generalın partladıldığı an videoya çəkilib. İçərisində partlayıcı olan avtomobil yüksək rütbəli hərbçinin yaşadığı evin yaxınlığına əvvəlcədən qoyulub.

General Moskalikin öldüyü Balaşixada partlayışın baş verdiyi yerdə istintaq qrupu işləyir. Məhkəmə-tibb ekspertləri hadisə yerinə baxış keçirir, müstəntiqlər şahidləri dindirir. Partlamış avtomobilin sahibi də müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Rusiya General Moskalik Cinayət işi

Digər Xəbərlər