Avropa ABŞ-Rusiya danışıqlarından QORXUR
Avropa İttifaqı Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının onların iştirakı olmadan irəliləyişindən panikaya düşüb.
Ajans.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazır.
Nəşrin qeyd etdiyi kimi, Aİ üçün əsas hadisə aprelin 23-də Londonda Ukrayna üzrə keçiriləcək danışıqlar olmalı idi. Lakin son anda vəziyyət dəyişib. ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff faktiki danışıqlar prosesinin başqa yerdə baş verəcəyini bildirərək tədbirlərə qatılmaqdan imtina ediblər.
FT yazır:
"Sanki yaralara duz basmaq üçün Vitkoff bu həftənin sonunda Putinlə danışıqların dördüncü raundu üçün Moskvaya uçmağı planlaşdırır: Əsl danışıqlar masası".
Həmçinin ABŞ-nin Krımı Rusiyanın regionu kimi tanımağa hazır olmasının vəziyyəti daha da gərginləşdirdiyi vurğulanır. Bu, Aİ prinsiplərinə tamamilə ziddir. Bununla belə, birlik Vaşinqtonla münasibətlərin pozulmasından və NATO-dan çıxmasından ehtiyat etdiyi üçün belə bir nöqteyi-nəzərdən imtina etməkdən qorxur.
Bundan əvvəl Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna XİN rəhbərlərinin də Londonda görüşməyəcəyi bildirilirdi. Əvəzində rəsmi səviyyədə danışıqlar aparılacaq. Lakin bu cür dəyişikliklərin səbəbləri hələ də məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.