Aİ bu ölkəni səsvermə hüququndan MƏHRUM EDİR
Aİ ölkələri Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanını müzakirə edir.
Ajans.az xəbər verir ki, səbəb bu ölkənin Ukraynaya dəstəyin qarşısını almağa yönəlmiş hərəkətləri və Aİ-yə daxil olmaq istəyi olub.
“The Guardian”ın aprelin 22-də yazdığı kimi, Aİ-yə üzv ölkələr məsələyə həmişəkindən daha ciddi yanaşır.
“İdeya hələ ilkin mərhələdədir, lakin məlumatlı insayderlər hesab edir ki, onun reallaşması ehtimalı azdır. Səsvermə hüququnun ləğvi üçün qalan 26 ölkənin yekdil qərarı tələb olunur”, - məqalədə qeyd olunur.
Rus mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Macarıstanın xarici işlər naziri Peter Szijjarto Estoniyanın xarici işlər naziri Marqus Tsahkna-nı Ukraynadakı müharibənin fanatik tərəfdarı adlandırıb. Bu bəyanata səbəb Macarıstanı səsvermə hüququndan məhrum etmək çağırışı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.