Bu tikinti materialları bahalaşdı – SİYAHI
Azərbaycanda tikinti materiallarının qiymətində artım müşahidə olunur.
Bu barədə Ajans.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Onun sözlərinə görə, qiymət artımı əsasən strateji məhsul sayılan armaturda qeydə alınıb:

‘’Təxminən 10–15 faiz artım müşahidə edilir. Daş kubikin isə qiyməti 10 qəpik bahalaşıb. Əvvəllər 45–50 qəpik idisə, hazırda 50–55 qəpik aralığındadır. Sement isə 40–50 qəpik bahalaşıb. Başqa inşaat materiallarında artım yoxdur. Kərpic satışında ciddi rəqabət olduğuna görə qiymət artımı müşahidə edilmir. Qeyd edim ki, 1 kubmetrə görə taxtanın qiyməti 10–15 manat bahalaşıb.
Ola bilər ki, bahalaşma davam etsin. Rus rublunun dəyəri yüksəlib, taxtanın bahalaşması da bununla bağlıdır. Digər inşaat mallarında artım əsassızdır. Fikrimcə, burada rəqabətlilik bazara görə deyil. İdxalçılar qiyməti süni şəkildə artırırlar.
Sözsüz ki, tikinti materiallarının qiymətinin artması tikinti şirkətlərinin maya dəyərinə təsir edəcək. Onlar da qiymət artımında maraqlı olacaqlar. Son 5 ildə tikinti şirkətləri arasında rəqabət olmadığı üçün qiymət artımı dayanmadan davam edir’’.
Mövzular: