Reklam resmi
Reklam resmi

“Nehrə Yağı” adı altında görün nə satılır- XƏBƏRDARLIQ

“Nehrə Yağı” adı altında görün nə satılır- XƏBƏRDARLIQ
Cəmiyyət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zaman-zaman ölkə bazarında “nehrə yağı” adı altında satılan keyfiyyətsiz mallar aşkar edir.

Məlum olur ki, əksər hallarda bitki tərkibli spred yağları sellofanda qablaşdırılır və bu yolla istehlakçılar aldadılır.
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov ''Ajans.az"a deyib ki, satışda etiketsiz, baha və keyfiyyətsiz “təbii nehrə yağı” adı ilə təqdim olunan məhsullara tez-tez rast gəlinir:

‘’Bu cür halların baş verməsinin əsas səbəblərindən biri də bazarda nəzarətin zəif olmasıdır. İstehlakçılar olaraq bu halların tam qarşısını almaq çətin olsa da, yağ alarkən bəzi sadə məqamlara diqqət etməklə özümüzü və ailəmizi qorumaq mümkündür.
Əsl kərə yağını bir neçə üsulla tanıya bilərik. Beləki kərə yağı qaynar suya salındıqda tam şəkildə əriyirsə, bu onun təbii olduğuna işarədir. Otaq temperaturunda bir müddət sonra əriməyə başlayırsa, bu onun təbii olmadığını göstərə bilər.
Yağı tavaya əlavə etdikdə yüksək temperaturda əridikdə və köpükləndikdə, bu, əsl kərə yağıdır. Tavada əriyən zaman öz rəngindən daha tünd rəng alırsa, bu, tərkibində qatqı maddələrinin olduğunu göstərir. Əsl kərə yağı təzə süddən alınmış süd yağından hazırlanır, buna görə də qiyməti nisbətən yüksək olur. Kərə yağı bıçaqla kəsilərkən kiçik parçalara ayrılırsa, bu da onun təbii olmasına bir işarədir’’.
author picture
Ajans muxbir
Mövzular:
Nehrə yağı AQTA FƏRİD SƏFƏROV

Digər Xəbərlər