"Rusiya ABŞ-İran nüvə razılaşmasını asanlaşdırmağa hazırdır" - LAVROV
Rusiya ABŞ və İran arasında nüvə sazişi ilə bağlı mümkün razılaşmaları asanlaşdırmağa hazırdır.
Ajans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
Diplomat cümə günü, aprelin 18-də Vaşinqton və Tehran arasında nüvə silahlarına dair razılaşmanın mövzusuna toxunub. Daha sonra o, çıxışında Rusiyanın müqavilənin bağlanmasına kömək etməyə hazır olduğunu vurğulayıb. Bununla belə, saziş İranın maraqlarını da nəzərə almalıdır.
Lavrov daha əvvəl Ukraynadakı münaqişənin həlli məsələsinə toxunub. O, ABŞ dövlət katibi Marko Rubio Moskvanın bu istiqamətdə işləməyə hazır olduğunu təsdiqləyib. Lakin o, bir daha vurğulayıb ki, buna nail olmaq üçün böhranın əsas səbəblərini aradan qaldırmaq lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: