Ukraynalı agent binanı partlatmaq İSTƏDİ: ŞOK TERROR AKTI
FSB əməkdaşları Novorossiyskdə inzibati binanı partlatmağa hazırlaşan Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agentini saxlayıblar.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Təhlükəsizlik qüvvələri şübhəlini gizləndiyi yerdən istifadəyə hazır olan 2,5 kiloqramlıq əldəqayırma partlayıcı qurğunu çıxararkən yaxalayıb.
Saxlanılan şəxs SBU kuratorunun göstərişi ilə hərəkət edən xarici vətəndaşdır. Onun barəsində terror aktı törətməyə hazırlıq maddəsi ilə iş açılıb. Kişi günahını etiraf edib və istintaqla əməkdaşlığa başlayıb. O, həmçinin SBU üçün Qara Dəniz Donanmasının gəmilərinin və Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin Krasnodar diyarında yerləşdirilməsi barədə məlumat topladığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: