Reklam resmi
Reklam resmi

Təyyarənin mühərrikinə dovşan girdi: Yanmağa BAŞLADI - VİDEO

Təyyarənin mühərrikinə dovşan girdi: Yanmağa BAŞLADI - VİDEO
Dünya

"United Airlines"a məxsus təyyarənin mühərriki dovşan vurduqdan sonra havada alovlanıb. 

Ajans.az xəbər verir ki, bu barədə "ABC News" portalı məlumat yayıb.

ABŞ-nin Denver şəhərində “Boeing 737-800” təyyarəsinin mühərrikində yanğın havaya qalxdıqdan az sonra başlayıb. Göyərtəsində 153 sərnişin və 6 ekipaj üzvü olan təyyarə təcili dönüş edib və uçuş hava limanına enib.

Yanğına dovşanın mühərrikə girməsi səbəb olduğu bildirilir. ABŞ Federal Aviasiya Administrasiyası aydınlaşdırıb ki, bu, təyyarənin bu heyvanla toqquşması ilə bağlı qeydə alınan dördüncü hadisədir.

Daha əvvəl bu təyyarənin salonundakı çaxnaşma videoya çəkilib. Kadrlarda sərnişinlərin gözləri qarşısında mühərrikdən alov püskürdüyü görünür.

author picture
Ajans_az Muxbir
Mövzular:
Təyyarə Yanğın Mühərrik Dovşan

Digər Xəbərlər