ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ
ABŞ İranla əlaqəli neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Ajans.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.
Nazirlik 7 müəssisə və 5 tankeri İslam Respublikasının neft ixracı ilə əlaqəsi olduğuna görə sanksiya siyahısına daxil edib.
Sanksiyaların bu raundunda hədəflənən şirkətlər müxtəlif ölkələrdə, o cümlədən Panama, Honq-Konq, Malayziya, Çin və Marşal adalarında qeydiyyatdan keçib. Bu siyahıya əlavə edilən tankerlər də bu qurumlarla əlaqələndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: