Təyyarə qəzaya uğradı: Pilot öldü
Avstraliyanın Yeni Cənubi Uels əyalətində təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.
Ajans.az xəbər verir ki, ABC News-un məlumatına görə, fövqəladə xidmətlər Avstraliyada yerli vaxtla səhər saat 7:15 radələrində təyyarə qəzası barədə məlumat alıb.
Təyyarə Broken Hilldən təxminən 260 kilometr şimal-şərqdə, White Cliffs uçuş-enmə zolağında qəzaya uğrayıb və pilot ölüb, polis bildirib.
Təyyarədə pilotdan başqa sərnişinin olmadığı bildirilən açıqlamada təyyarənin modeli ilə bağlı təfərrüatlar verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: