Reklam resmi
Reklam resmi

Rusiya Ukrayna qırıcısını vurduğunu açıqladı

Rusiya Ukrayna qırıcısını vurduğunu açıqladı
Dünya

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus F-16 döyüş təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə vurduqlarını bildirib.

Ajans.az bildirir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun son 24 saat ərzində Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib. Bəyanatda aşağıdakılar qeyd olunub:

“Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi, 8 JDAM idarəolunan hava bombası, ABŞ istehsalı olan 7 ədəd HIMARS reaktiv yaylım atəşi raketi və 207 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri ilə vurulub”. 

Digər Xəbərlər