Əsədin devrilməsindən sonra bu qədər insan ölkəsinə qayıdıb
Əsəd rejiminin devrilməsindən sonra 400 min suriyalı ölkəsinə qayıdıb.
Ajans.az bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü A. Şmidt deyib. O eyni zamanda geri dönüş prosesinin müəyyən risklər daşıdığını və yetərli maliyyə vəsaiti təmin edilməzsə, bu il üçün nəzərdə tutulan 1,5 milyon nəfərin geri dönə bilməyəcəyini, dönənlərin isə yenidən məcburi köçkün olma riski ilə üzləşəcəyini bildirib.
Şmidt bildirib ki, eyni dövrdə ölkə daxilində məcburi köçkün düşmüş 1 milyondan çox insan da öz evlərinə qayıdıb. O, yay mövsümünün könüllü geri dönüşlər üçün həlledici bir an olacağını və bu fürsətin qaçırılmamalı olduğunu vurğulayıb.