Turist qatarına HÜCUM: Vaqonlar daşa tutuldu - YARALI VAR
Qırğızıstanda Avropa ölkələrinin vətəndaşlarını daşıyan turist qatarına hücumla bağlı insident baş verib.
Ajans.az xəbər verir ki, Qırğızıstan Dəmir Yollarının mətbuat xidmətinin məlumatına görə, naməlum şəxslər Kant və Ələməddin stansiyaları arasında qatara daş atıb, nəticədə bir neçə vaqonun şüşələri sındırılıb.
“Naməlum şəxslər Avropa ölkələrindən gələn əcnəbi turistlərlə birlikdə Balıqçı şəhərindən gələn turist qatarının vaqonlarına daş ataraq, şüşələri sındırmaqla vandalizm aktı törədiblər”, - deyə məlumatda bildirilir.
Hadisə nəticəsində qatarın bir ekipaj üzvünün yaralandığı bildirilir.
Şirkət bu cür vandalizm hallarının ölkənin reputasiyasına ciddi zərbə vura biləcəyini vurğulayıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraitinin müəyyən edilməsi və vandalizmi törədən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.