Reklam resmi
Reklam resmi

İmamoğlunun ortağı həbs EDİLDİ - VİDEO

İmamoğlunun ortağı həbs EDİLDİ - VİDEO
Dünya

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bir çox layihədə ortağı olduğu iddia edilən Beyaz İnşaatın səhmdarlarından Seyfi Bəyaz gətirildiyi Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. 

Bəyaz ifadəsində Bakırköydəki ticarət mərkəzi üçün ondan 5 milyon dollar rüşvət istəndiyini iddia edib.

Bəyaz, əvvəlcə Bakırköy bələdiyyəsinin rayonlaşdırma üzrə məsul müavini Əli Rıza Akyüz ilə əlaqə saxladıqlarını, daha sonra Süleyman Atik adlı şəxsin oyuna gətirildiyini, açıq şəkildə 5 milyon dollar tələb etdiyini və pul verilmədiyi təqdirdə ticarət mərkəzinin sökülməsi əmri verəcəyi ilə hədələdiyini iddia edib. Bəyaz açıqlamasında İmamoğlunun mühafizəçisi olduğu iddia edilən Adem Soytekinlə bağlı da mühüm iddialar səsləndirib.

Beyaz, Soytekin ilə rəsmi ortaqlığının olmadığını, lakin Soytekin şirkətinə aid 3 layihənin kobud inşaatını etdiyini söyləyib.

Polis İdarəsində verdiyi açıqlamada Söytəkin Beylikdüzündəki ən böyük layihələrdən biri olan və Beyaz İnşaat, Mes Turkuaz və Mutlu İnşaat tərəfindən tamamlanan West Side layihəsinin ona aid olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İmamoğlu Seyfi Beyaz Ortaq Həbs

Digər Xəbərlər