Reklam resmi
Reklam resmi

Küləkli havaya gör Biləsuvarın bəzi yerləri işıqsız qaldı

Küləkli havaya gör Biləsuvarın bəzi yerləri işıqsız qaldı
Gündəm

Küləkli hava Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaradıb.

Ajans.az xəbər verir ki, bu barədə  sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, Xırmandalı, Bağbanlar kəndi və Biləsuvar şəhərinin bir hissəsi işıqsız qalıb.

Yaranan problem Biləsuvar Elektrik şəbəkəsindən təsdiqlənib:

“Küləklə müşahidə olunan leysan yağışının elektrik təsərrüfatına vurduğu ziyanın həcmi çox olduğundan təmir-bərpa işlərinin vaxtı yubanır. Təmir birqadalarımız ərazidə işləri fasiləsiz davam etdirir. Xırmandalına elektrik enerjisinin verilişi artıq bərpa olunub, yaxın vaxta problem tam aradan qaldırılacaq”.

Qeyd edək ki, hazırda rayon ərazisində yağış dayanıb, küləyin sürəti nisbətən azalıb.

Digər Xəbərlər