Zelenski seçkilərə HAZIRLAŞIR?
Kiyevin 2025-ci ilin yayında seçki keçirməyə hazırlaşması ilə bağlı məlumatlar cəfəngiyyatdır.
Ajans.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak “Corriere della sera” nəşrinə müsahibəsində Ukrayna hakimiyyətinin seçkiləri təşkil etmək niyyəti ilə bağlı məlumatları belə izah edib:
“Tamamilə cəfəngiyyatdır. Döyüşlər davam edərkən seçkiləri planlaşdırmaq mümkün deyil”.
Siyasətçi vurğulayıb ki, Kiyev ilk növbədə Rusiya ilə münaqişəyə son qoymalı, yalnız bundan sonra səsvermə keçirməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.