Reklam resmi
Reklam resmi

Xamneyi həbs edilə BİLƏR: Bu hadisədə əli var İMİŞ

Xamneyi həbs edilə BİLƏR: Bu hadisədə əli var İMİŞ
Dünya
1158

Argentina prokurorları 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması ilə bağlı İranın ali dini lideri Ayətullah Əli Xamneyini həbs etməyə çağırıb.

Ajans.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

“Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali dini lideri Əli Hüseyni Xamenei üçün milli və beynəlxalq həbs orderi verilməsini istəyib”, - hesabatda qeyd olunur.

Xüsusilə, Basso İran liderinin insidentdə mümkün iştirakını yoxlamaq istəyir. Bununla belə, məqalə müəlliflərinin qeyd etdiyi kimi, belə bir tədbir Buenos-Ayres və Tehran arasında münasibətləri xeyli pisləşdirə bilər.

Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı 85 nəfərin ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnib. Hücuma görə günahı Livanın şiə hərəkatı Hizbullah üzərinə götürüb. Ötən il aprelin 24-də Argentina beynəlxalq order verib və İranın daxili işlər naziri Əhməd Vahidinin hadisədə əli olmaqda şübhəli bilinərək həbsini tələb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər