Sirli M-346 təyyarəsi: Rusiya mənşəli olduğunu ETİRAF ETMİRLƏR
İtaliyanın Leonardo şirkəti M-346 təyyarəsinin Rusiya mənşəli olması ilə bağlı iddiaları rədd edir.
Ajans.az xəbər verir ki, bu barədə “Defence News” nəşri yazır.
Nəşr qeyd edir ki, Britaniya qəzetləri onun Rusiya dizaynına əsaslandığını iddia etdikdən sonra Leonardo M-346 təlimçisinin Avropa mənşəli olduğunu bəyan edib.
Məqalə müəllifləri qeyd ediblər ki, Leonardo 1993-2000-ci illərdə Rusiyanın Yakovlev şirkəti ilə əməkdaşlıq edərək M-346 təyyarəsini hazırlayıb. Bununla belə, İtaliya şirkəti indi öz bəyanatlarında təyyarənin “Avropada NATO-nun ən sərt standartlarına uyğun olaraq layihələndirildiyini, inkişaf etdirildiyini və istehsal edildiyini” iddia edir.
Yada salaq ki, bu il martın sonunda Yakovlev şirkəti İrkutsk Aviasiya Zavodunda yığılan MS-21 təyyarələrinin seriyalı istehsalı üçün Federal Hava Nəqliyyatı Agentliyindən icazə alıb. Bundan əlavə, zavodun MS-21 üçün istehsal edəcəyi komponentlərin siyahısı genişləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.