Şəbnəm Tovuzlu biznesini bağlayıb məhsulları qohumlarına hədiyyə etdi
Müğənni Şəbnəm Tovuzlu şəxsi biznesi ilə bağlı yeni açıqlama verib.
Ajans.az xəbər verir ki, Sənətçi, “Qonaqcanlı” verilişində iştirak edərək, gözəllik salonunun fəaliyyətinin uğurla davam etdiyini bildirib. Lakin geyim biznesinin planlaşdırıldığı şəkildə irəliləmədiyini və buna görə layihəni təxirə saldıqlarını söyləyib. Şəbnəm Tovuzlu həmçinin, mağazada qalan geyimləri qohumlarına hədiyyə etdiyini də əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.