Putin tezliklə öləcək - ZELENSKİ
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin tezliklə öləcəyini deyib.
Ajans.az xəbər verir ki, bu barədə o, “Eurovision News”a müsahibəsində danışıb.
“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski qeyd edib.
O, 72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü açıqlamayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.