Reklam resmi
Reklam resmi

Stüardessa uçuş zamanı huşunu İTİRDİ

Stüardessa uçuş zamanı huşunu İTİRDİ
Dünya

Rusiyanın “Pobeda” aviaşirkətinin stüardessası uçuş zamanı huşunu itirib.

Ajans.az xəbər verir ki, bu barədə “Aviatorschina” Telegram kanalı məlumat yayıb.

Hadisə Martın 15-də günortadan sonra Vladiqafqazdan Sankt-Peterburqa uçan Boeing 737 təyyarəsində baş verib. Təyyarə Tver bölgəsində 11 min metrdən çox hündürlükdə olarkən 26 yaşlı stüardessa qəfildən xəstələnib.

Aviaşirkətin əməkdaşı mədə ağrısından və huşunu itirməsindən şikayətlənib. Təyyarədə qadına yardım göstərən həkimlərin olduğu qeyd edilir. Sonradan özünə gəlib.

Təyyarə komandiri kursu dəyişməmək və Sankt-Peterburqa davam etmək qərarına gəlib. Təyyarə 45 dəqiqə sonra oraya enib və stüardessa təcili yardıma ehtiyac duymayıb.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

author picture
Ajans_az Muxbir
Mövzular:
Stüardessa Rusiya

Digər Xəbərlər