“Fiorentina” “Yuventus”u böyük hesabla məğlub edib
İtaliya A Seriyasında XXIX turun görüşləri davam edir.
Ajans.az xəbər verir ki, günün mərkəzi matçında "Fiorentina" öz meydanında "Yuventus"u sınağa çəkib.
"Qoca sinyora" bu görüşdə də uğursuzluğa düçar olub. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İtaliya A Seriyası XXIX tur 21:00. “Fiorentina” - “Yuventus” - 3:0